Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkədə aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlara mübasibət bildirib.

BŞBPİ-nin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir: "Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".