Prezident İlham Əliyev tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadəni “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin."

Qeyd edək ki, D.Seyidzadə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.