Son dövrdə boks camiəsi 4 boksçunun ölümüylə sarsıntı keçirib. Amerikalı məşhur boksçu Patrik Deyin ölümü  isə bütün idman dünyasına dərindən təsir edib. Dey nokauta uğramasından 4 gün sonra həyatını itirmişdi. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, boksçuların ölümü hər kəsi narahat etməyə başlayıb və  hərəkətə keçilib.

Belə ki, Professor Mayk Loosemore boksçuların ölümcül zərbə ala biləcəyi ni kompüterə ötürən xüsusi bir ağızlıq istifadə etməklə bağlı çağırış edib. Loosemore bu cür cihaz sayəsində rinqdə olan boksçunun nə cür zərbələrə məruz qaldığı və matça davam edib-etməyəcəyi hesablanacaq. Onun bu çağırışını Britaniya Boks Müşahidə Şurası da dəstəkləyib.

Mayk Loosemore məşhur boksçu Entoni Coşuanın həkimidir. O  yeni yaratdığı əlcəyin ilk olaraq Entoni Coşua və Endi Ruiz JR döyüşündə istifadə etmək istədiyini bildirib. Bu yeni sistemin, boks tarixində bir inqilab yaradacağı deyilir. 

Britaniya Boks Müşahidə Şurası  tərəfindən insan sağlamlığının daha önəmli olduğu vurğulanıb və yeni əlcəklərdən hazır olduğu zaman istifadə ediləcəyini qeyd edilib. 

Xatırladaq ki, bu yaxınlarda Patrik Deydən başqa, Maksim Dadaşev, Huqo Santillan və Boris Stanchov kimi boksçular rinqdə aldığı zərbələr üzündən həyatlarını itiriblər.