Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.
Unikal.org xəbər verir ki, tanınmış alim 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində anadan olub. O, 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı, 1992-93-cü illərdə BDU-nun rektoru olub.