Saçların zamanla ağarması təbii haldır. Lakin bəzi faktorlar var ki, bu prosesi daha da sürətləndirir. Məsələn, hədsiz əsəbilik, genetik faktorlar, qeyri-düzgün qidalanma, hava kirliliyi və s. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu problemi aradan qaldırmaq üçün kokos yağından istifadə etmək məsləhətdir.

Kokos yağı ya əldə, ya da qazda isidilir və quru saçlara çəkilərək dibləri masaj edilir. Daha sonra başı duş bonesi ilə bağlayıb 15-20 dəqiqə saxlanılır. Daha sonra isə adi şampunla yuyulur.