Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. 

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.