Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və sədr müavini Rafiq Cəlilov tərəfindən 28 oktyabr tarixində keçiriləcək vətəndaş qəbullarının vaxtı dəyişdirilib.
Unikal.org-a xəbər verir ki, komitə sədri 31 oktyabr 2019-cu il tarixində Naftalan şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək. Vətəndaş qəbulu saat 11:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rafiq Cəlilov Göygöl rayonunda vətəndaşlarla görüşəcək. Komitənin sədr müavini tərəfindən keçiriləcək qəbul saat 11:00-da Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaqdır.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800 50 65
Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə və Gəncə ərazi şöbəsi:
(02020) 5-27-77, (022) 256-87-57
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və 3 saylı
Gəncə Ərazi İdarəsi: (02020) 5-56-05, (022) 265-08-69