Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trump Daesh lideri Əbu Bəkr əl-Bağdadini öldürdüklərini açıqlayıb. Bağdadinin öldürüldüyünü canlı yayında eşitdirən Trump, həmçinin Türkiyəyə də təşəkkür edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bağdadi əməliyyatı sonrası Türkiyədəki təhlükəsizlik orqanları hərəkətə keçib. İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldürülməsindən sonra Türkiyədəki İŞİD-çilər mühasirəyə alınıb. Türkiyənin dörd tərəfində təşkil edilən əməliyyatlarda 32 şübhəli şəxs saxlanılıb. Onlardan 20-nin ölkəyə qeyri-qanuni yolla keçdiyi bəlli olub.
Qeyd edək ki, dünyanın izlədiyi hadisədə Amerika xüsusi təyinatlıları gizli bir əməliyyatla Bağdadini zərərsizləşdirib.