Jurnalist Zamirə Adilova Bakı Ali Neft Məktəbində fəaliyyətə başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Z.Adilova adıçəkilən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbəsində xüsusi müxbir kimi işə başlayıb.

Xəbəri  Bakı Ali Neft Məktəbindən Unikal.org-a təsdiqləyiblər. 

Qeyd edək ki,  Zamirə Adilova 2005-2008-ci illərdə "525-ci qəzet"də müxbir-reportyor, 2008-2019-cu illərdə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer-redaktor vəzifələrində çalışıb.

Famil Fərhadoğlu