Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın baş sponsorluğ ilə ölkənin ən maraqlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü mövsümü davam edir. 11 universitet və 15 region komandası arasında gedən gərgin mübarizədə oktyabr ayının qalibi “Nar” komandası olub.
Unikal.org xəbər verir ki, hər il olduğu kimi bu il də mobil operator intellektual verilişin izləyicilərinə hədiyyə qazanmaq şansı verir. Belə ki, veriliş efirdə yayımlandığı zaman “Nar”-ın “Facebook” səhifəsində qoyulmuş suala ən tez cavab verənlər hədiyyə qazana bilər. Oktyabr ayı ərzində səhifədə paylaşılan suala ən tez cavab verənlər Rahil Dadaşlı, Orxan Abbasov, Mahira Sadıqova, Əli Məmmədov, Elcin Allahverdili və Niko Sadıqovdur.
Qeyd edək ki, yarış hər həftənin bazar günü saat 20:00-də İctimai Televiziyada yayımlanır. Oyun yanvarın əvvəlinə qədər davam edəcək. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparır. “Bilik” kubokunun qalibi ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Brain Ring 2019” Azərbaycan çempionu titulu uğrunda yarışacaq.
Qeyd edək ki, “Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.