"Qalatasaray"ın "Real" (Madrid) və "Beşiktaş"dakı məğlubiyyətlərdən sonra Babel, Donk və Lemina əylənərkən görüntülənib. Futbolçuların məğlubiyyətdən sonra rəqqasələrlə əylənməsi qalamaqala səbəb olub.
Unikal.org xəbər verir ki, bu durumdan sonra onlara cəza veriləcəyi gözlənilirdi. Ancaq klubdan məsələyə münasibət bildirilib. Qeyd edilib ki, Babel, Donk və Leminanı heç bir cəza gözləmir.
"Beşiktaş" derbisindən 2 gün sonra dostlarının ad günü partisinə qatılan oyunçuların, hər hansı bir şəkildə qeyri-etik hərəkətlər etmədiyi qeyd edilib.