Rusiyanın Naryan-Mar şəhərində bıçaqlı şəxs uşaq bağçasına girərək uşaqlardan birini öldürüb.
Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, ölən uşağın 6 yaşı olub.
İstintaq Komitəsinin məlumatına görə, uşaqların nahardan sonra yatdığı zaman bağçaya soxulan kişi uşağa bıçaqla ölümcül zərbə endirib və o, yerindəcə keçinib. Şübhəli şəxs - 36 yaşlı yerli sakin dərhal saxlanılıb. Onun içkili olduğu müəyyənləşib. Cinayətin motivlərini hüquq-mühafizə orqanları müəyyənləşdirir.
Müstəntiqlər azyaşlının öldürülməsi ilə bağlı cinayət işi açıb. Bağça əməkdaşları və mühafizəçiləri isə təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərdiklərinə və səhlənkarlığa görə məsuliyyətə cəlb olunacaq.