“Bu ilin 9 ayın nəticələrinə görə, Azərbaycanın aqrar sektorunda 7,1% artım olub”.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
“Bu il aqrar sahədə uğurlu ildir. Bitkiçilikdə, o cümlədən pambıqçılıqda uğurlu nəticələr əldə edilib. Hazırda pambıq mövsümüdür. İndiyə qədər 260 min tondan çox pambıq yığılıb, orta məhsuldarlıq 26,5 sentnerə çatıb”, - o qeyd edib.