Xəbər verdiyimiz kimi, SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevi vəzifəsindən kənarlaşdıraraq, yerinə baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Unikal.org xəbər verir ki, R.Abdullayev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edib.