Ən çox aktiv istifadəçisi olan sosial şəbəkə platformalarının siyahısı dərc olunub.
Unikal.org ted.az-a istinadən bildirir ki, bu haqda "We Are Social" Agentliyi və "Hootsuite" platforması məlumat yayımlayıb.
Siyahının ilk pilləsində Feysbuk sosial şəbəkəsi yer alıb. YouTube ikinci, WhatsApp isə bu siyahının üçüncüsü olub. Statistik siyahıda ardıcıl olaraq Messenger, Wechat, İnstaqram, QQ, Qzone, TikTok, Sına Weibo, Reddit, Twitter, Douban, Snapchat, LinkedIn və Pinterest yer alıb.