2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub. Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Unikal.org xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında bildirilib.
Məlumatda qeyd olunub ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir:
"BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”.