Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.
Unikal.org xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub. Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9%, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2% çoxdur.