Yeni təyin olunan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev birinci müavinini vəzifəsindən kənarlaşdırıb. 

İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.