Milli Şura və AXCP-nin 19 oktyabrdakı mitinqində saxlanılan Rüfət Səfərov azadlığa çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə onun atası, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu məlumat verib.
Qeyd edək ki, 19 oktyabr mitingində Rüfət Səfərova 30 sutka həbs cəzası verilmişdi. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında cəza çəkib.