Mətbuatda Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı ilə bağlı məlumat yayılıb.
Unikal.org-a açıqlama verən Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacağı ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"Mənim harda çalışacağım dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək. Rektor və ya prorektor təyin olunmağımla bağlı məlumat doğru deyil. "
Orxan Həsənli