Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Ağdaş rayonunda keçirilən sislsilə tədbirlər davam edir.  Bu gün Heydər Əliyev mərkəzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 

Unikal.org xəbər verir ki, gənclərin intellektual inkişafı üçün böyük əhəmiyyət daşıyan oyunda 9 komanda üzrə 54 gənc bilik və bacarığını ortaya qoyub. 2 mərhələdən ibarət yarışda komandalar 24 sual üzrə intellektual səviyyələrini nümayiş etdiriblər.  

Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunun sonunda ən yaxşı nəticə göstərən Zirvə komandası qalib adını qazanıb. İkinci yerin sahibi Nizami komandası olub. Günəş komandası isə üçüncü nəticəni göstərib. 

Komandalara diplom və komanda üzvlərinə hədiyyələr təqdim olunub.