Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.
Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.
Hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.