Avropa İttifaqının (Aİ) antiinhisar orqanı ABŞ-ın “Google” şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasına istinadən məlumat yayıb.
Avropa Komissiyası ilkin araşdırmalar çərçivəsində “Google”nin informasiya toplamaq üsulu və məlumatlardan necə istifadə etdiyini araşdıracaq. Avropa Komissiyası ilk növbədə “Google”nin yerli serverlərdə yerləşən və internetdəki reklamlarla əlaqədar informasiyalardan necə istifadə etdiyinə diqqət yönəldəcək.
“Google” nümayəndəsi isə bəyan edib ki, məlumatlardan yalnız təqdim edilən xidmətin keyfiyyətini artırmaq üçün istifadə edilir, istifadəçi istənilən an özü barədə informasiyanı silə bilər.
Qeyd edək ki, bu, Avropa Komissiyasının “Google” ilə bağlı ilk araşdırması deyil. Bu ilin martında “Google” reklam yerləşdirilməsi sahəsində Avropa inhisar normalarını pozduğu üçün 1,49 milyard dollar cərimələnib.