Azərbaycanın Dağıstan əsilli peşəkar boksçusu Məhəmmədrəsul Məcidov növbəti dəfə rinqə çıxıb. 

Unikal.org-un məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki boksçular arasında baş tutuan peşəkar döyüşdə 33 yaşlı M.Məcidov rəqibinə texniki nokautla qalib gəlib.

Görüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. 

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş bitmiş hesab edilib.