Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVIII iclasının yekunlarına əsasən protokol imzalanıb.
Unikal.org xəbər verir ki, hökumətlərarası Komissiyanın iclası çərçivəsində həmçinin 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi sahəsində Əməkdaşlıq Proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində Əməkdaşlıq Proqramı imzalanıb.
Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.
Bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.