Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penopleks SPB" şirkətinin İzolyasiya Materiallarının İstehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Unikal.org-un məlumatına görə, mərasimdə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Rusiya İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, yeni tikiləcək zavodun fəaliyyət istiqaməti polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır.
Məhsulları penapolistroldan hazırlanan istilik izolyasiya plitələri, ekstruziya izolyasiyası, və dekorativ - tətbiqi materiallar, ümumi təyinatlı polistrollardır.
Zavodun illik istehsal gücü 3 milyon kub/metrdir. Belə zavodlardan 8-i Rusiyada, 1-i Qazaxıstanda, 1-i isə Özbəkistanda fəaliyyət göstərir.
Növbəti zavod Azərbaycanda inşa edilir. Zavod işə düşdükdən sonra 1700 nəfər işlə təmin olunacaq.
Nazir müavinləri təməlqoymadan sonra sənaye məhəlləsində QAZ zavodunun tikintisinin gedişi ilə tanış olublar.