Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək PSJ - "Qalatasaray" matçından öncə xoşagəlməz hal yaşanıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, oyunun keçiriləcəyi Fransa paytaxtında hər iki klubun azarkeşləri arasında qarşıdurma yaranıb.
Məlumata görə, fransız azarkeşlər Paris küçələrində türkiyəli fanatlara doğru pirotexniki vasitələr atıb.
Bundan sonra azarkeşlər arasında toqquşma olub. Hadisəyə polis müdaxilə edib.