Avropa Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib.
Unikal.org xəbər verir ki, Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”a qalib gələn Ağdam klubu 190 min avro əldə edib.
Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.
Qeyd edək ki, qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb.