Azərbaycan I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının üst-üstə 22 futbolçusu cəzalandırılıb. 

Unikal.org milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Onlardan 14-ü "Ağsu"nun, 7-si "Turan"ın, 1-i isə "Zirə-2"nin üzvüdür. Daha 3 şəxs isə "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir. 

Komandaların bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

“Turan Tovuz”

Qocayev Sənan – futbolçu
Rüstəmov Misir – futbolçu
Bağırov Emin – futbolçu
Sadıqov İlkin – futbolçu
Məmmədov Rüfət – futbolçu
Tağıyev Eltay – futbolçu
Quluzadə Şahin – futbolçu
“Ağsu”

Kərimov Rəşad – icraçı direktor
Bayramov Kənan – qapıçılar üzrə məşqçi
Hacıyev Ənvər – klubun işçisi
Əliyev Ramil – futbolçu
İbrahimov Vüsal – futbolçu
Əmrahov Qalib – futbolçu
Əliyev Elçin – futbolçu
Əliyev Məhəmməd – futbolçu
Həşənov Şamo – futbolçu
Mirzalıyev Ruslan – futbolçu
Quliyev Orxan – futbolçu
Rəhimov Fərrux – futbolçu
Həşimov Elçin – futbolçu
Babayev Malik – futbolçu
Kərimov Ramil – futbolçu
Mustafayev Vüsal – futbolçu
Məmmədov Kənan – futbolçu
“Zirə-2”

Əliyev Səbuhi – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.