İranda keçirilən “Day of children” turnirində Azərbaycanın yeniyetmə sərbəst güləşçisi Ramiq Heybətov bürünc medal qazanıb.
Unikal.org xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız həlledici və prinsipial görüşdə erməni rəqibinə tam üstünlüklə qalib gəlib. Görüş Heybətovun 19:6 hesablı qələbəsi ilə başa çatıb.