Xorvatiyalı mütəxəssis Robert Prosineçki yenidən Azərbaycan millisində baş məşqçi postuna qayıda bilər. O Azərbaycana qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, yerli mətbuata qısa açıqlama verən 50 yaşlı mütəxəssis, bunları deyib:
“Hər şey mümkündür, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var”.
Ötən ay Bosniya və Herseqovina millisindən ayrılan Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.