Türkiyə futbol mütəxəssisi Engin Fıratın Azərbaycan millisinin baş məşqçi postuna gətirləcəyi iddia edilir.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Moldova Milli Komandasının Fransa və İslandiya yığmalarına qarşı keçirdiyi oyundan sonra Engin Fırat AFFA-nın diqqətini çəkib. Hazırda E.Fırat Moldova Millisini çalışdırsa da onlar arasında rəsmi müqaviləyə imza atılmayıb.
İddia edilir ki, AFFA rəsmiləri yaxın zamanda türkiyəli məşqçi ilə danışıqlar masasına əyləşəcək.
Qeyd edək ki, Yurçeviçdən öncə də Engin Fıratın adı Azərbaycan millisi ilə hallanırdı.