Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Unikal.org xəbər verir ki, dekabrın 16-da qızılın qiyməti dekabrın 13-ü ilə müqayisədə 13,2515 manat artaraq 1 unsiya üçün 2507,789 manat təşkil edib.

Gümüş 0,1225 manat bahalaşaraq 1 unsiya üçün 28,8487 manata bərabər olub.

Platinin qiyməti 0,5185 manat artaraq 1584,74 manat, palladiumun qiyməti 33,7025 manat azalaraq 3303,185 manat təşkil edib.