“Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də təxminən 20 min nəfər işləyir. 2015-ci ildən bəri səhmdar cəmiyyətində orta aylıq əmək haqqı hər il orta hesabla 95% artıb”.
Unikal.org xəbər verir ki, bunu qurumun sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.
“Əgər 2015-ci ildə orta maaş 120-130 manat idisə, artıq 583 manata çatıb. Bu da son göstərici deyil. Əmək haqları tədricən artırılacaq. Amma bu, daha çox dəmir yolu ilə daşınan yüklərin həcmindən asılıdır, odur ki, infrastuktur inkişaf etdirilir”, - deyə o, qeyd edib.
Hüseyn İsgəndərov