Cari ilin yanvar-noyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 4 milyondan çox elektron müraciət daxil olub.

Komitədən Unikal.org-a verilən məlumata görə, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.