İngiltərədə böyük tamaşaçı kütləsinə olan "Love Island" (Sevgi Adası) verilişinin aparıcısı Karoline Flak polisə düşüb.
Unikal.org İngiltərə KİV-nə istinadən xəbər verir ki, ötən həftənin cümə axşamı səhərə yaxın xanım aparıcının Londonda tennisçi sevgilisi Levis Bartonla yaşadığı evinən gələn səs-küyü eşidən qonşular polisə məlumat veriblər. Məlumatdan sonra hadisə yerinə gələn 6 polis maşını və təcili tibbi yardım sövq edilib. Evin qarşısına gələn polislər əlləri qan içində olan Flakı həbs edib.
Barton isə xəstəxanaya çatdırılıb. Şahidlərin sözlərinə görə, gecə saatlarından mübahisə edən cütlük arasında gərginlik gedərək artıb. Özünə nəzarəti itirən Flak sevgilisinə hücum edib.
Xəstəxanaya aparılan Bartonun əlində kəsilmiş yaralar aşkarlandığı, vəziyyətinin normal olduğu bildirilir. Tennisiçi xəstəxanada müalicəsini davam etdirir.
"The Sun"un məlumatına görə, Flak dekabrın 23-də məhkəməyə çıxarılacaq.