Ərdoğan Türkiyədə demokratiyanı bitirir?
14:01 31-10-2012
CƏMİYYƏT
Ərdoğan Türkiyədə demokratiyanı bitirir?
Avropadan Ankaranın ünvanına sərt tənqidlər gəldi
İstanbulda yerləşən Ədliyyə Sarayı avropanın ən böyük məhkəməsidir. Onun şüşə və alüminiumdan olan yüksək quruluşu ətrafından seçilir. Bu binanda yerləşən onlarla zalların birində dünyanın ən genişmiqyaslı jurnalist məhkəmələrindən biri keçirilir.
Əksəriyyəti kürd qəzetlərindən və xəbər agentliklərindən olan 44 müxbir ölkənin anti-terrorçuluq qanunlaına görə mühakimə olunur. Onlar müqəssir hesab edilsə, hər biri uzun müddətlik həbs cəzası ala bilər.
Sentyabrda baş tutan birinci məhkəmə dinləməsi beynəlxalq mətbuatdan diqqət cəlb etdi. Lakin bu dimləmə qalmaqalda nəticələndi. Suçlananlar kürd dilində danışmağı tələb edib, hakim isə vəkilləri qeyzlə danlayıb.
"Bu biabırçılıqdır," Kürd tərəfdarı olan Sülh və Demokratiya Partiyasının (BDP) nümayəndəsi, Türkiyə deputatı Ertuğrul Kürkçü deyib. "Bu, məhkəmənin mənfi istiqamətə getdiyini göstərir."
Lakin bəziləri düşünür ki, məhkəmə prosesinin mövcud olması artıq yaxşı əlamətdir. "Keçmişdəki vəziyyətdən daha yaxşıdır," Özgür Gündem adlanan kürd tərəfdarı qəzetinin redaktoru Hüseyin Akyol deyib. Bu qəzetin səkkiz əməkdaşı mühakimə olunur. "90-cı illərdə dövlət bizi öldürürdü - biz 76 müxbir və müvəkkilimizi itirdik, bizim ofisimizi partladırdılar. Indi isə bizi sadəcə həbs edirlər - həbsdə həyat çətin olsa da."
Həbsdəki jurnalist sayına görə dünyada birinci
Həbsdə olan jurnalistlər üzrə, Türkiyə dünyada birinci yeri tutur. Bu ay nəşr olunan hesabata əsasən 1 avqust tarixindən ibarət olaraq 76 jurnalist həbs edilib. Onlardan 61 nəfərin jurnalistika fəaliyyətlərinə görə həbs olunması müəyyənləşdirilmişdir.
Lakin hökümət onların çoxunun jurnalist yox, 1984-cü ildən Türk dövləti ilə muxtariyyət üçün mübarizə aparan kürd separatçı təşkilatı PKK-nın "təbliğatçıları" olduğunu iddia edir. "Ankarada yazılan məqalələr və atılan güllələr arasında heç bir fərq yoxdur," daxili işlər naziri Naim İdris Şahin sentyabr ayında etdiyi çıxışında deyib.
Tənqidçilər deyir ki, bu düşüncə Türkiyənin anti-terrorqanunlarından əmələ gəlir və bu qədər jurnalistin həbsdə olmasının səbəbidir. "Anti-terror qanunları çox geniş surətdə yazılıb. Sözün müstəqim mənasında hər şey terrorçuluğa dəstək hesab oluna bilər, və qanuna uyğun olaraq bu o deməkdir ki, terroristsən," Human Rights Watch təşkilatının türk nümayəndəsi Emma Sinclair Webb deyib:
"Bir çox qanun və həmçinin insanları sorğusuz-sualsız uzun müddətlik həbs edən məhkəmənin təfəkkürü dəyişdirilməlidir."
Hrant Dink qalmaqalı
Jurnalist Nedim Sener istintaq yazılarına və jurnalist fəaliyyətinə görə beynəlxalq mükafatlar qazanıb. Cənab Sener o cümlədən Türkiyə ordusu və dövlətinin hazırkı hökümətə qarşı iddia edilən sui-qəsd haqqında araşdırma aparıb, və hazırda həmin konspirasiyada iştirak etməkdə suçlanır: "Bizim kamera üç nəfər üçün idi, və 13 ay ərzində biz bir-birimizdən başqa adam görmədik. Mən bu yeri beton qəbir kimi təsvir edə bilərəm. Burası insanların çürüdüyü yerdir".
N. Sener onun həbsini türk-erməni jurnalist Hrant Dinkin 2007-ci ildə öldürülməsi haqqında apardığı araşdırma ilə əlaqələndirir. Bu qətldə geniş miqyasda türk dövlətinin tərkib hissələri ittihamlanır.
Hökümət deyir ki, Hrant Dinkin qatilini tutub və bu ittihamı rədd edir.
Məhkəmə dövlət konspirasiyası iddiasını rədd etsə də, Türkiyə bu barədə də qızğın müzakirələr davam edir.
Avropadan ağır tənqidlər
Nedim Sener və həmkarı Ahmet Şık kimi yüksək rütbəli jurnalistlərin həbsi Türkiyədə və Türkiyənin kənarında həyacana səbəb olub.
"Bunu deməliyəm: şübhəsiz ki, onların [jurnalistlərin] bəziləri hökümətə xoşagəlməz olan yazılarına və ya verilişlərinə görə həbs edilib," Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü Richard Howitt deyib: "Bu, Brüsseldə və Avropa İttifaqında olan bizlərə sadəcə xoşagəlməz deyil. Bu tamamilə yolverilməzdir."
Hökümət iddia edir ki, daha geniş islahatlar edəcək, və deyir ki, parlamentdə tənqidləri cavablandıran qanunlar olacaq. "Fikirlər hər hansı şəkildə məhdudlaşdırılmamalıdır," Baş Nazirin müavini Beşir Atalay keçən ilin iyul ayında Mətbuat Azadlığı günündə problemlərin hələ də mövcud olduğunu iqrar edib.
Lakin bu cür öhdəçilik Avropa İttifaqı üçün kifayət olmayıb. Aİ Türkiyənin üzvlük təklifi ilə bağlı bu ay nəşr olunan illik tərəqqi hesabatında rəsmi Ankaranın "jurnalistləri, mətbuat işçilərini və müvəkkilləri həbs etmək tendensiyası"nı tənqid edib: "Əslində mətbuat azadlığının məhdudlaşdırılması davam etməkdədir."
Rəsmi Ankara bu hesabatı bilavasitə olaraq rədd etdi. "Təcrid edilmiş hadisələrə həddindən artıq çox diqqət ayrılıb, və bu istisnalardan ümumiləşdirmələr çıxarılıb," Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Egemen Bağış deyib.
Türkiyə höküməti deyir ki, Türkiyədə mətbuat hələ də azaddır. Türkiyənin Suriya rejiminə qarşı sərt mövqesi əsas mətbuatda müəyyən dərəcədə tənqid olunur.
Lakin bir çox müxbir üçün bu peşə getdikcə təhlükəlidir. Həbsdən təzəlikcə azad edilən cənab Sener nikbin deyil: "Jurnalistlər qorxur, lakin daha qorxulusu odur ki, cəmiyyət bu barədə danışmır, bu qorxu ictimaiyyət də yayılıb. Və mənim nəzərimcə bu, Türkiyə üçün çox təhlükəli bir gedişdir."
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35