Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" - "Səbail" matçında (1:0) mübahisəli an yaşanıb.
Unikal.org xəbər verir ki, əlavə vaxtın son dəqiqələrində "Zirə"nin qapıçısı Orxan Sadıqlı topu oyuna daxil etdikdən sonra rəqib futbolçu Adil Nağıyev buna reaksiya verib. Adilin ayağına dəyən top qapıdan keçib.
Lakin baş hakim Rəhim Həsənov qolu qeydə almayıb, Adil Nağıyevə isə sarı vərəqə göstərib.Referinin bu qərarı müzakirələrə səbəb olub.