UEFA 2018/2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.
Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm Azərbaycanı qrup mərhələsində təmsil edən “Qarabağ”ın ümumi gəliri 4 milyon 847 min 954 avro olub.
Bu məbləğin 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilib.
“Qarabağ” ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə E qrupunda mübarizə aparıb. Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində yalnız səfərdə “Vorskla”nı məğlub edib, qalan görüşlərdə isə uduzub.