Ötən gün Türkiyənin Hatay bölgəsində uçurumdan aşan avtomobildən xilas edilən qadının əri qəzadan sonra evə getdiyi zaman 2 yaşlı oğlunun cansız bədəni ilə qrşılaşıb.
Unikal.org-un Türkiyə KİV-nə istinadən xəbər verir ki, 150 metr yüksəklikdən uçuruma aşan avtomobildə olan Gökben.O-nun yaralandığını eşidən həyat yoldaşı Mehmet.O oğlunun hadisə yerində olub-olmadığını öyrənmək üçün Subaşı məhəlləsindəki evinə gedib.
Ata 2 yaşlı oğlunu yatağında hərəkətsiz halda olduğunu görüb. Atan evə təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası körpənin öldüyünü bildiriblər. Ölüm səbəbini təyin etmək üçün uşağın cəsədi Hatay Mustafa Kamal Universiteti Araşdırma və Tətbiq Xəstəxanasının morquna aparılıb.
Ana Gökbe.O-nun müalicəsinin Hatay Dövlət Xəstəxanasında davam etdiyi bildirilib.