"Sumqayıt"ın və Azərbaycan futbol üzrə milli komandasının oyunçusu Aleksey İsayev subaylığın daşını atıb.
Unikal.org xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bir müddətdir sevgili olduğu sevgilisi Katya ilə ailə həyatı qurub.
Cütlüyün nikah mərasimi Rusiyada baş tutub. O, toy mərasiminə görə komandasını ölkə kubokunun 1/4 finalında "Neftçi" ilə oyununa qatıla bilməyib.
Xatırladaq ki, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb və "Sumqayıt" yarımfinala adlayıb.