Bu gün Türkiyə Super Liqasında 16-cı tura start verilib.
Unikal.org xəbər verir ki, 4 günü əhatə edəcək tur “Antalyaspor” – “Ankaragücü” matçıyla start götürüb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
“Qalatasaray” İzmirdə “Göztəpə” ilə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan məğlub ayrılıb.
Lider “Sivasspor” bu turda “Gənclərbirliyi”nin qonağı olacaq.
Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. “Fənərbaxça” doğma azarkeşləri qarşısında əzəli rəqiblərindən olan “Beşiktaş”ı qəbul edəcək.
Türkiyə Super Liqası, 16-cı tur
20 dekabr
Antalyaspor – Ankaragücü 2:2
Qol: Çiko, 23. Blanko, 80 – Kanteros, 56. Kitsiu, 90+4.
21 dekabr
Yeni Malatyaspor – Rizəspor 0:2
Qol: O.Çağlayan, 6. A.Umar, 72.
Kasımpaşa – Qaziantep 3:4
Qol: V.Sarı, 10. Kuaresma, 57. Tiam, 80 – Kayode, 5; 44-pen. K.Özer, 21. Djilobodji, 33.
Göztəpə – Qalatasaray 2:1
Qol: Jerome, 9. Akbunar, 61 – Qassama, 27-öz qapısına.
22 dekabr
15:00 Gənclərbirliyi – Sivasspor
17:30 Kayserispor – Başakşəhər
20:00 Fənərbaxça – Beşiktaş
23 dekabr
21:00 Dənizlispor – Alanyaspor
21:00 Konyaspor – Trabzonspor