İtaliyanın “Roma” klubu müdafiəçisi ilə bağlı qərarını verib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, “canavarlar”Aleksandr Kolarovla müqavilənin müddətini uzatmağa yaxındır. Paytaxt klubu müqaviləsi cari mövsümün sonunda bitəcək 34 yaşlı futbolçuya daha bir illik müqavilə təklif edib.

Tərəflər arasında yeni müqavilə imzalanmasa, Kolarov qış fasiləsində istədiyi klubla danışıqlar apara bilər.

2017-ci ildə “Mançester Siti”dən transfer olunan serbiyalı müdafiəçi, cari mövsümdə iştirak etdiyi 22 oyunda 5 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.