Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “sports.kz” saytına müsahibəsində deyib:

- Riçard, “Qarabağ”dan ayrılacağınla bağlı xəbərlər var.

- Bəli, elədir.

- “Astana”ya qayıdırsan?

- Biz “Astana” ilə razılaşdıq və müqaviləyə xitam verdik.

- Bu nə zaman baş verdi?

3-4 ay əvvəl.

- Özünə yeni klub tapmısan?

Menecerim artıq bir neçə klubla danışıqlar aparıb, ancaq hələ qərar verməmişəm. İndi tətildəyəm. Bir neçə gündən sonra qərarımı verəcəm.

- Maraqlıdır, görəsən bu klublar arasında Qazaxıstan təmsilçiləri varmı?

- İndiyə qədər yox. Çünki hələ Qazaxıstandan heç bir klub mənim menecerimlə danışmayıb. 2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-nə qədərdir. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent olacaq.