Türkiyə milli komandasının futbolçusu Kenan Karaman AÇ-2020-nin qrup mərhələsindəki şanslarını dəyərləndirib.
Unikal.org xəbər verir ki, Türkiyə mətbuatına danışan “Fortuna”nın (Düsseldorf, Almaniya) hücumçusu, qrup mərhələsinin iki oyununu Bakıda keçirmələrinə də münasibət bildirib:
“Yaxşı qrupa düşdük. Açılış oyununu da oynamaq gözəl bir şeydir. İtaliya ilə oynayacağıq. Çox böyük ölkədir və beynəlxalq turnirlərdə də yaxşı çıxış edirlər. Ancaq açılış matçlarında hər şey ola bilər. Çünki ilk görüşdə oyunun və turnirin həyəcanı olur. Bu, bizim üçün üstünlük də ola bilər.
Bakıda oynamağımız türk xalqı üçün çox gözəldir. Ora türklərin ikinci evidir. Çoxlu azarkeşlərimiz olacaq və bu bizi motivasiya edəcək. Qrup oyunlarını yaxşı görürəm. Bu qrupdan çıxacağımıza inanıram”.
AÇ-2020-nin A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq Türkiyə yığması, Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.