Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə start verilib. 

Unikal.org xəbər verir ki, bu barədə "Sumqayıt" klubu məlumat yayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Arenanın yenidən qurulması məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.