İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, hadisə dekabrın 23-ü rayon ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən, 1979-cu il təvəllüdlü Nəsimi Orucov “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Müayinədən sonra ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 29-u orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.