Ümumdünya Antidopinq Agentliyi (WADA) Rio Olimpiya Oyunlarına qədərki dopinq testlərinin nəticələrini açıqlayıb.
Unikal.org-un məlumatına görə, Azərbaycan idmançıları siyahıda “liderdir”. Belə ki, idmançıların Rio Olimpiya Oyunlarına qədərki dopinq testlərinin nəticələri müsbət nəticə verib.
Ağır atletlərimiz 33 qayda pozuntusuna yol verib.
Qeyd edək ki, 6 ay bundan öncəki nəticələrdə 30 qayda pozuntusu qeydə alınmışdı. Ötən il isə bu göstərici 26 idi. Bu o deməkdir ki, Ağır Atletika Federasiyası dopinqə qarşı mübarizə apara bilmir.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynlinin bildirdiyinə görə, cari ildə aşkarlanan qayda pozuntularından 4-ü ağır atletika, 4-ü boks, 2-si karate, 1-i sambo, 1-i isə yüngül atletikada qeydə alınıb.
Aygün İlqarqızı