Almaniyada kişi bazardan aldığı köhnə divar saatının içində 25 min alman markası tapıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, alman vətəndaşı pulları yerli tapıntılar bürosuna təhvil verib. Belə ki, 6 ay ərzində heç kəs pullara sahib çıxmadığına görə onları tapan şəxsə qaytarıblar.
Kişi pulları heç cür xərcləyə bilməyib, səbəb isə alman markası 2001-ci ildən dövriyyədən çıxarılıb.
Lakin, Mərkəzi Bankda ona pulları dəyişməkdə köməklik ediblər.
Qeyd edək ki,nəticədə tapıntı almaniyalıya 25 min avro (48 min manat) qazandırıb.
Gülayə Mecid