İstanbulda liftin gəlməsini gözləyən iki qadına ingiliscə “You are beautiful” (“Sən gözəlsən") deyərək sataşan  iki şəxs həbs edilib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  qadınların polisə şikayəti əsasında saxlanılan  şəxslərdən biri qaradərili xarici digəri isə  türk vətəndaşı olub.  Gənc qızların polisə bildirdiyinə görə, həmin şəxslər onlara qarşı heç bir hərəkət etməsələr də sözlə təcavüz edib, qeyri-etik ifadələr işlədiblər. 

Gənclər isə polislərə açıqlamasında bildiriblər ki, əsas məqsəd onlarla tanış olmaq olub.

Xanımların şikayəti nəticəsində iddia qaldırılıb və  hər iki şəxsə qarşı cinsi təcavüzə görə üç aydan 2 ilə qədər həbs cəzası istənilib.

Gülayə Məcid